Amnistiya aktı ilə cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Ədliyyə Nazirliyi tərəfindən Qərarın icrası amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə təxirə salınmadan həyata keçiriləcək.












