Ata Abdullayevin apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb

Ata Abdullayevin apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

NOCOMMENT xəbər verir ki, bu barədə onun vəkili Telman Talıbov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.