ATV-nin əməkdaşı iş yerində faciəvi şəkildə öldü

ATV-nin əməkdaşı iş yerində faciəvi şəkildə öldü

Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində vəfat edib.

NOCOMMENT oxu-ya istinadən xəbər verir ki, hadisə nahar fasiləsi zamanı telekanalın binasında baş verib. Şirkətdə sürücü kimi işləyən Mustafa adlı şəxsin yemək yeyərkən boğazında qida qalıb. Qida nəfəs borusuna düşdüyündən o boğularaq ölüb.

Əraziyə tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.