Avqust ayının pensiyaları VERİLDİ

Avqust ayının pensiyaları VERİLDİ

Avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə NOCOMMENT.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeyd edilib ki, bundan əvvəl, avqustun 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 15-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.