Hörmüzdə gərginlik: İran daha bir gəmiyə hücum etdi

Hörmüzdə gərginlik: İran daha bir gəmiyə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında ikinci bir ticarət gəmisinə zərbə endirdiyini bəyan edib. İranda yayımlanan "IRIB" telekanalının məlumatına görə, gəmi boğazdan keçid qaydalarını pozmaqda ittiham olunub.

NOCOMMENT.az xəbər verir ki, bu hücum İranın strateji su yolunun bağlandığını elan etməsindən sonra baş verən ikinci belə insidentdir. Bir qədər əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Kipr bayrağı altında üzən "M/V GFS Galaxy" konteyner gəmisinə edilən hücuma cavab olaraq İranın hərbi obyektlərinə qarşı genişmiqyaslı zərbələr endirildiyini açıqlamışdı.

Qeyd edək ki, son bir həftə ərzində regionda gərginlik pik həddə çatıb. ABŞ və İran arasında imzalanmış İslamabad memorandumunun şərtlərinin pozulması qarşılıqlı hərbi əməliyyatların intensivləşməsinə səbəb olub. Beynəlxalq müşahidəçilər Hörmüz boğazındakı bu gərginliyin dünya enerji bazarlarına və qlobal neft tədarükünə ciddi təhlükə yaratdığını vurğulayırlar.

Tunar,

NOCOMMENT.az