Ayaqlarım tutulub, həkim yoxdur ki, məni sağalda

Ayaqlarım tutulub, həkim yoxdur ki, məni sağalda

İlyarımdan artıqdır ki, ayaqlarım tutulub.

NOCOMMENT xəbər verir ki, bu sözləri qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib.

Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib: “İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu miyelitdir (onurğa beynin iltihabı)”.

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: “Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.