AZAL-ın Bakı-Naxçıvan təyyarəsi geri qayıtmalı olub

AZAL-ın Bakı-Naxçıvan təyyarəsi geri qayıtmalı olub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurlu eniş edib.