AZAL təyyarəsinin qəza təhqiqatı bu vaxta qədər açıqlanacaq

AZAL təyyarəsinin qəza təhqiqatı bu vaxta qədər açıqlanacaq

Qazaxıstan hakimiyyəti Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri 2025-ci ilin dekabrına kimi açıqlanacağını bildirib. 

NOCOMMENT.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ICAO-nun tövsiyə etdiyi tələblərə və standartlara uyğun olaraq, araşdırma 1 il davam edir.

“Müvafiq olaraq, bu ilin dekabr ayına qədər istintaqla bağlı yekun hesabat tamamlanmalıdır”, – Lastayev qeyd edib.

Xatırladaq ki,  “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsi ötən ilin dekabrın 25-də Aktau şəhərində qəzaya uğrayıb.\\Unikal