“Lökbatan Çörək Zavodu”ndan şikayət var.
NOCOMMENT.az xəbər verir ki, Samir Ağayev adlı istifadəçi bu barədə “Facebook”da məşhur “Müştəriyəm Şikayətim Var” qrupunda paylaşım edib. Şikayətçi vətəndaş iddia edir ki, sözügedən zavodun istehsal etdiyi çörəyi alıb və içərisindən qara rəngli cismlər çıxıb.
S.Ağayev məhsulu “Kingsmart” supermarketindən aldığını qeyd edib. Vətəndaş artıq 3-cü dəfədir belə halla qarşılaşdığını vurğulayıb.
Onun sözlərinə görə, marketə və istehsalçı müəsissəyə şikayət ünvanlasa da, müraciətinə baxan yoxdur. Yenisabah.az












