Azərbaycan Avroviziya-nın yarımfinalında bu tarixdə çıxış edəcək

Azərbaycan Avroviziya-nın yarımfinalında bu tarixdə çıxış edəcək

Mayın 10-14-də Turin şəhərində keçiriləcək “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində yarımfinal iştirakçılarının çıxış edəcəyi tarix açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Azərbaycan mayın 12-də ikinci yarımfinalda çıxış edəcək.

Birinci yarımfinalda çıxış edəcək ölkələr (10 may):

Şounun birinci hissəsində: Albaniya, Bolqarıstan, Latviya, Litva, Moldova, Niderland, Sloveniya, İsveçrə, Ukrayna

Şounun ikinci hissəsində: Avstriya, Xorvatiya, Danimarka, Yunanıstan, İslandiya, Norveç, Rusiya, Portuqaliya, Ermənistan

İkinci yarımfinalda çıxış edəcək ölkələr (12 may):

Şounun birinci hissəsində: Avstraliya, Azərbaycan, Kipr, Finlandiya, Gürcüstan, İsrail, Malta, San-Marino, Serbiya

Şounun ikinci hissəsində: Belçika, Çexiya Respublikası, Estoniya, İrlandiya, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, İsveç

Qeyd edək ki, “Böyük 5-lik” ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) yarımfinalda mübarizə aparmayacaqlar.