Azərbaycan Yunanıstan ilə ticarətini 61% azaltdı

Azərbaycan Yunanıstan ilə ticarətini 61% azaltdı

Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 448 milyon dollar dəyərində olub.

NOCOMMENT.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 61% azdır.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 44,3 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 403,7 milyon dollar dəyərində olub.