Azərbaycana gətirilən maşınların aksiz vergi dərəcələri artırıldı

Azərbaycana gətirilən maşınların aksiz vergi dərəcələri artırıldı

Azərbaycanda avtomobillərin mühərrikin həcmi və istehsal tarixinə görə aksiz dərəcələrində dəyişiklik olub.

NOCOMMENT-in məlumatına görə, mühərrikin həcmi 3 000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri dəyişdirilib.

Belə ki, Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə münasibətdə 1,2; dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.