Azərbaycanda avtobus sürücüsü sükan arxasında öldü

Azərbaycanda avtobus sürücüsü sükan arxasında öldü

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Şah İsmayıl Xətai prospekti qeydə alınıb.

Prospektlə hərəkətdə olan 9 nömrəli xətti üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü İlqar Orucov sükan arxasında dünyasını dəyişib. Özünü narahat hiss edən sürücü avtobusu saxlaya bilib. İlkin məlumata görə, o, infarkt (ürək tutmasından) keçirib.

Faktla bağlı araşdırma aparılır.