Azərbaycanda COViD pasportu LƏĞV olunur

Azərbaycanda COViD pasportu LƏĞV olunur

“Xarici ölkələrdə artıq COVID-19 pasportu ilə bağlı qadağalar aradan qaldırılıb. Ölkəmizdə də COVID-19 pasportunun ləğv olunması gözlənilir”.

NOCOMMENT gundem.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat bunu yoluxma sayının aşağı düşməsilə əlaqələndirib: “Artıq yoluxma sayı 100-dən aşağı düşüb və ölkənin 90%-i vaksin olunub”.

Komitə sədrinin sözlərinə görə, təxminən 10-15 gün sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni bir qərar veriləcək: “Bizə qarşıdakı günlərdə yoluxma sayını gözləmək qalır”.