Azərbaycanda güclü zəlzələ olub

Azərbaycanda güclü zəlzələ olub

Azərbaycanda zəlzələ baş verib.

NOCOMMENT xəbər verir ki, sosial şəbəkə istifadəçiləri yeraltı təkanların ölkənin şimal-qərb bölgəsini əhatə etdiyi barədə postlar paylaşıblar.

Belə ki, zəlzələ bu gün saat təqribən 14:30-da Balakən, Zaqatala və Qax rayonlarında qeydə alınıb.

Yerli sakinlərin verdiyi məlumata görə, yeraltı təkan təqribən 3-4 bal gücündə hiss olunub.