Moskvadan İrəvana sərt ittiham: "Təhlükəli oyunlar" və "açıq aldatma"

Moskvadan İrəvana sərt ittiham: "Təhlükəli oyunlar" və "açıq aldatma"

Rusiya Xarici İşlər Nazirliyi İrəvanın xarici siyasət kursu ilə bağlı sərt bəyanatla çıxış edərək, Ermənistan hakimiyyətinin Ukrayna ilə yaxınlaşmasını və Qərbə doğru kurs götürməsini kəskin şəkildə tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya XİN-dən bildirilib ki, Ermənistan rəhbərliyinin Ukrayna ilə "oyunları" onların Rusiya ilə müttəfiqlik münasibətlərinə və qarşılıqlı etimada sadiqliyinə ciddi şübhələr doğurur.

Nazirlik vurğulayıb ki, İrəvan “diversifikasiya” adı altında əslində Avrasiya inteqrasiyasından və Rusiyadan üz döndərərək Avropa İttifaqına doğru dönməyə çalışır: "İndi erməni hakimiyyəti “diversifikasiya” sözünün arxasında gizlənərək Avrasiya inteqrasiyasından və Rusiyadan düşmən hesab olunan Avropa İttifaqına tərəf dönür. Bu, təkcə Avrasiya inteqrasiyasındakı tərəfdaşların deyil, həm də Ermənistan əhalisinin özünün açıq şəkildə aldadılmasıdır."

Moskva hesab edir ki, İrəvanın bu cür ikili siyasəti regiondakı təhlükəsizlik arxitekturasına və mövcud inteqrasiya layihələrinə mənfi təsir göstərir.

Sara,
NOCOMMENT.az