Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib

Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib

“Qafqaz Müsəlmanları İdarəsində Həcc ziyarətinin təşkili ilə məşğul olanlar var. İdarənin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb”.

NOCOMMENT xəbər verir ki, bunu report-un sualına cavab olaraq idarənin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, koronavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: “Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan sonra ətraflı məlumat veriləcək”.