Azərbaycanda peyvənd olunanların son STATİSTİKASI

Azərbaycanda peyvənd olunanların son STATİSTİKASI

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 319 vaksin vurulub.

Bu barədə NOCOMMENT-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 144 nəfərdir.