Azərbaycanın iki rayonunda internetin işində problem yaranıb

Azərbaycanın iki rayonunda internetin işində problem yaranıb

Biləsuvar və Cəlilabad rayonları ərazisində internetin işində problem yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”un Muğan bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq 7 saata yaxındır ki, internetdən istifadə etmək çətinləşib.

Müvafiq qurumlar tərəfindən problemin həlli istiqamətində iş aparılır.