Bakıda güclü yanğın başladı

Bakıda güclü yanğın başladı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisə Xəzər rayonunun Şağan qəsəbəsində quru otluq sahədə baş verib.

Məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.