Azərbaycanlı tələbə Mançesterdə itkin düşüb

Azərbaycanlı tələbə Mançesterdə itkin düşüb

Mançesterdə təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızı itkin düşüb.

NOCOMMENT oxu-ya istinadən xəbər verir ki, bu barədə feysbuk qruplarından birində ailənin istəyi ilə məlumat paylaşılıb.

Qeyd edilib ki, hadisə ilə bağlı 27 dekabrda polisə məlumat verilib: “Mançester polisi vəziyyəti medium risk kimi dəyərləndirir. Ailəsi şəklini paylaşmağı xahiş etdi ki, bəlkə, tanıyan, dekabr ayında onu görən olar”.