Qusarda süni göldə azyaşlı batıb.
NOCOMMENT xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat veirlib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Qusar rayonunun Laza kəndi ərazisində yerləşən süni göldə 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.












