Bacı-qardaş kimyəvi maddə içdi – 4 yaşlı qız öldü

Bacı-qardaş kimyəvi maddə içdi – 4 yaşlı qız öldü

Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şıxlar kəndində baş verib.

Onlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içiblər. Hadisədən sonra 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı zəhərlənərək ölüb.

Onun qardaşı 2015-ci il təvəllüdlü Elmir isə Bakı şəhərinə aparılıb. Faktla bağlı araşdırma aparılır.