Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı ixtisası üzrə məzunu Elmir Muxtarov magistr dərəcəsində təhsilini “U.S. News & World Report 2022” reytinqində ABŞ üzrə birinci yeri tutan Prinston Universitetində (Princeton University) davam etdirəcək.
NOCOMMENT xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, Elmir BMU-nu 94,58 orta balla bitirib. Onun bacısı Türkan Muxtarova da bir neçə il əvvəl keçmiş Qafqaz Universitetini (indiki BMU) ortalama 100 balla bitirərək ABŞ universitetlərindən dəvət almış və hazırda ordakı təhsilini bitirərək ABŞ-da yaşayır.
Prinston Universiteti Elmir Muxtarovun iki il ərzində bütün təhsil xərclərinin qarşılanması üçün illik 92 min 610 dollar təqaüd ayıracaq.












