Bakı aeroportunda elektrik təchizatı tam bərpa edilib

Bakı aeroportunda elektrik təchizatı tam bərpa edilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.

Hava limanından NOCOMMENT-ə verilən məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.