Bakı haqqında dediklərinə görə üzr istədi: Qələt edərəm… – VİDEO

Bakı haqqında dediklərinə görə üzr istədi: Qələt edərəm… – VİDEO

Məşhur azərbaycanlı reper Nəvai çıxışlarından birində Bakı haqqında təhqiramiz ifadə işlədib.

NOCOMMENT xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, o, məşhur Azərbaycanlı musiqiçi Emin Ağalarovla birgə “Sbejim v Baku” mahnısını ifa edən zaman paytaxt haqqında təhqiramiz ifadə işlədib.

Daha sonra reper məsələyə aydınlıq gətirib. Navai paylaşdığı videoda dediklərinin səhv anlaşıldığını bildirib və hər kəsdən üzr istəyib: “Bir az sərxoş oldum, bezdim oxumaqdan. Mən dediklərimə görə üzr istəyirəm. Mən qələt eləyərəm öz doğma torpağıma o sözü deyərəm. Sizin namusunuza, qeyrətinizə qurban olum. Mənim öz anam, bacım Bakıda yaşayır. Bağışlayın”.