Bakıda baş verən ağır zəncirvari qəzanın görüntüləri yayılıb.
NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı “Jeep” markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan “Toyota”ya, daha sonra yol kənarında dayanmış “Mercedes”, “Hyundai” və BMW markalı maşınlara çırpılıb.
Qəza Binəqədi rayonu Abay Kunanbayev küçəsində qeydə alınıb.
Yayılan məlumatlara görə, hadisə zamanı “Jeep” markalı avtomobilin sükanı arxasında 17 yaşlı oğlan olub.
Həmin görüntüləri təqdim edirik:












