Bakıda anbarda güclü yanğın başladı

Bakıda anbarda güclü yanğın başladı

Bakıda anbar yanır.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında məişət tullantılarının və anbarın yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.