Bakıda avtobus sürücüsü döyüldü: burnu sındı

Bakıda avtobus sürücüsü döyüldü: burnu sındı

Bakının Nizami rayonunda avtobus sürücüsü döyülüb.

NOCOMMENT bakupost-a istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

113 nömrəli xətt avtobusunun sürücüsü 1986-ci il təvəllüdlü Mehran Mehman oğlu Gülməmmədov sərnişin tərəfindən döyülüb.

Sürücü xəstəxanaya yerləşdirilib. Onun burun sümüyü sınıb.