Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) NOCOMMENT.az-a məlumat verilib.
Nazirliyin “112” qaynar telefon xəttinə Xəzər rayonunda “Hyundai” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Əliyev Əli Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.












