Bakıda DƏHŞƏT: Azyaşlı qardaşlar siçan dərmanını yeyib öldülər

Bakıda DƏHŞƏT: Azyaşlı qardaşlar siçan dərmanını yeyib öldülər

Bakıda dəhşətli hadisə baş verib.

NOCOMMENT-in manset-ə istinadən məlumatına görə, Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək zəhərlənib ölüblər. Hadisə baş verən evin qonşuları bildiriblər ki, 5 yaşlı E.Ə. və 3 yaşlı O.Ə. səhvən siçan dərmanını “jelibon” bilərək yeyiblər.

Qeyd olunub ki, ailənin onlardan başqa övladları yoxdur. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.