Bakıda polis əməkdaşı qəzada ölüb.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Əliyev Əli Fazil oğlu xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai Elantra” avtomobilinin idarəetməsini itirərək aşırıb.
Qəza nəticəsində Ə.Əliyev vəfat edib. Faktla bağlı araşdırma aparılır.












