Bakıda gecə klubunda partlayışda yaralanan seneqallının vəziyyəti açıqlanıb

Bakıda gecə klubunda partlayışda yaralanan seneqallının vəziyyəti açıqlanıb

Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı xəsarət alanlardan özəl tibb müəssisəsində hazırda cəmi bir nəfər müalicə alır.

NOCOMMENT report-a istinadən xəbər verir ki, həmin şəxs seneqallı qızdır.

Hazırda onun vəziyyəti orta stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər vəfat edib.