Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Cavid Füzuli oğlu Zülfüqarovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.