Qubada kişi ondan icazəsiz pul götürən arvadını döydü

Qubada kişi ondan icazəsiz pul götürən arvadını döydü

Qubada kişi arvadını pula görə döyüb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Pirvahid kəndində baş verib. Kənd sakini Şamil Məhəməliyev (soyad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və birgə nikahdan iki övladları dünyaya gəlib.

Bir neçə gün öncə Şamil səhər yuxudan oyananda çantasına qoyduğu pulun yerində olmadığını görüb. O, həyat yoldaşından pulu soruşub və məlum olub ki, onu qadın götürüb. Ər-arvad arasında dava düşüb və Şamil həyat yoldaşını təpik, şillə zərbələri ilə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəlib, Şamil saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı dövründə ər-arvad arasında barışıq elan olunduğundan hakim cinayət işinə xitam verib.\\oxu.az