Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255 manat təşkil edib.
NOCOMMENT.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7.4% artıb.
Qeyd edək ki, Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin yanvar-noyabr aylarında 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 996.8 manat təşkil edib.\\Valyuta.az












