Bakıda kişi özünə çoxsaylı xəsarətlər yetirib

Bakıda kişi özünə çoxsaylı xəsarətlər yetirib

Bakının Nəsimi rayonunda kişi özünə kəsici alətlə çoxsaylı xəsarətlər yetirib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Füzuli Yusif oğlu özünə ülgüclə xəsarətlər yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.