Bakıda lisey koronavirusa görə bağlandı

Bakıda lisey koronavirusa görə bağlandı

Bakıda koronavirusa görə daha bir ümumtəhsil müəssisəsi distant tədrisə keçib.

NOCOMMENT xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyi bu gündən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Təhsil Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, Bakı Avropa Liseyində 5 müəllim və 16 şagirdində COViD-19 testinin nəticəsi pozitiv olub.