Bakıda şöbədə arvadını güllələyərək öldürməkdə təqsirləndirilən sabiq polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəisi Seymur Qarayev cinayət işi üzrə hal şahidi kimi tanınır.
Bildirilib ki, S.Qarayev məhkəməyə gəlməyib və onun istintaqa verdiyi ifadəsi elan olunub.
Daha sonra vəkillər vəsatət qaldıraraq, S.Qarayevin məhkəmədə dindiriliməsini tələb ediblər.
Vəsatət təmin olunub.
Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.












