Bakıda ticarət obyekti yanır

Bakıda ticarət obyekti yanır

Bakıda birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərən ikimərtəbəli tikilidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.