Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda kiçikmiqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.
NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə səhər saat 6 radələrində baş verib.
Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07:42-də ərazi torpaq və qaya parçalarından təmizlənib.












