Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi ölkənin ərazi suları üzərində Rusiyaya məxsus pilotsuz uçuş aparatını vurub.
NOCOMMENT.az xəbər verir ki, bunu Rumıniya xarici işlər naziri Oana Tsoyu deyib.
"Cümə səhəri vurulan PUA Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində istifadə etdiyi Şahed tipli PUA idi. Dünən və bu gün vurulan dronlarla bağlı araşdırmalar davam edir. Rumıniyanın Rusiya Federasiyasına qarşı diplomatik etirazı bu araşdırmaların nəticələrinə əsaslanacaq.Rusiya Federasiyasının NATO və Avropa Birliyinin hava məkanı olan Rumıniya hava məkanını pozmağa davam etməsi qəbuledilməzdir. Bu cür hərəkətlər qəbuledilməzdir və biz müttəfiqlərimizlə birlikdə onlara son dərəcə ciddi yanaşırıq. Bu təkrarlanan pozuntulara görə Rusiya səfiri Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb", - Tsoyu bildirib.











