Bakıda hindistanlı turistlərin olduğu avtomobil qəzaya uğrayıb.
NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində – Qobustan-Vulkan yolunun 8-ci kilometrliyində baş verib. Belə ki, palçıq vulkanlarının yerləşdiyi “Qobustan Milli Parkı”nın ərazisində Həsənağa Həsənovun idarə etdiyi və turistləri daşıyan “Mitsubishi Pajero” avtomobili aşıb. Nəticədə avtomobildə olan 2 hindistanlı turist vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












