Bakıda yaşayış binası sökülür

Bakıda yaşayış binası sökülür

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən binanın söküntüsünə başlanılıb. Hazırda sökülməkdə olan “xruşovka” tipli binanın yerində yaşayış və qeyri-yaşayış binasının tikintisi planlaşdırılır.

NOCOMMENT xəbər verir ki, bu barədə trend-ə ərazidə yaşayan sakinlər deyib.

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov açıqlamasında bildirmişdi ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli “xruşşovka” bina 1957-ci ildə Moskvada inşa olunub. Bundan qısa müddət sonra SSRİ-nin bütün şəhərlərində bu panel binaların inşasına başlanılıb. Azərbaycanda isə “xruşşovka”ların tikintisinə 1959-cu ildə start verilib.