Bakıda yaşayış binasında partlayışda ölən şəxs polis imiş

Bakıda yaşayış binasında partlayışda ölən şəxs polis imiş

Bakının Binəqədi rayonu, Cavadxan küçəsindəki çoxmərtəbəli binada baş verən partlayışda həlak olan şəxs polis nəfəri Məhəmməd Babayev olub.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, M.Babayev polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.