Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində dəhşətli qəzadan sonra baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı “Opel”, 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” və 42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Mercedes”in sürücüsü həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.












