Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə edilir.
Bu barədə NOCOMMENT-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
2. Binəqədi şosesi Azadlıq Prospekti m/st istiqamətində;
3. Ziya Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər, 20 Yanvar m/st istiqamətində;
4. Həsən bəy Zərdabi küçəsi Musabəyov parkı istiqamətində;
5. Sabunçu-Zabrat şosesi Koroğlu m/st istiqamətində;
6. Mikayıl Əliyev küçəsi Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər);
7. Afiyəddin Cəlilov küçəsi Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.












