Bakının bir rayonunda su kəsiləcək

Bakının bir rayonunda su kəsiləcək

Bu gün Bakının Səbail rayonunun Neftçilər prospekti, Əziz Əliyev və Zərifə Əliyeva küçələri, eləcə də İçərişəhər ərazisinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

NOCOMMENT Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Məlumata görə, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.