Bakının parklanma üzrə Baş Planı hazırlanıb və tariflər müəyyənləşdirilib

Bakının parklanma üzrə Baş Planı hazırlanıb və tariflər müəyyənləşdirilib

“Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın ümumi parklanma üzrə Baş Planını hazırlayıb”.

NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, işlədiyi və gecə qaldığı əsas işlək küçələrə uyğun şəkildə tariflər müəyyənləşdirilib: “Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir”.