“BakuBus”un avtobusu “Araz” marketə çırpıldı – FOTO

“BakuBus”un avtobusu “Araz” marketə çırpıldı – FOTO

Bakıda sərnişin avtobusu qəza törədib.

NOCOMMENT.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Belə ki, “BakuBus” MMC-yə məxsus 30 nömrəli marşrut avtobusu idarəetməni itirərək “Araz” marketə çırpılıb. Hadisə zamanı avtobusa və marketə ciddi ziyan dəyib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda araşdırma aparılır.